- Baxış sayı: 10
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Sabah”ın baş məşqçisi Jelko Sopiç premyer liqanın 19-cu turunda səfərdə “Qarabağ”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz bitən oyundan sonra bunu söyləyib:
“Bu gün güclü rəqibə qarşı oynadıq. “Qarabağ” çox yaxşı komandadır. Paltardəyişmə otağında futbolçulara demişdim ki, bu cür oyunlarda 1-2 fürsət əldə edə bilərik.
Bu imkanlar ələ düşdü, lakin istifadə edə bilmədik. Belə rəqiblə görüşdə yaxşı qapıçın, bir qədər də uğurun olmalıdır. Bu gün həm Saşa Stamenkoviç çox yaxşı oynadı, həm də uğur bizim yanımızda idi”.