Bellingem Yaponiyaya qarşı oynamayacaq

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem zədə səbəbindən Yaponiya ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Allsport.az xəbər verir ki, baş məşqçi Tomas Tuxel əzələ zədəsindən bərpa olunan 22 yaşlı ulduzla bağlı risk etmək istəmədiklərini bildirib: “Cudla bağlı riskə girməyəcəyik, çünki o, hələ tam bərpa olunmayıb”.

Bellingem Uruqvayla əvvəlki matçı da (1:1) eyni səbəbdən buraxmışdı. İngiltərə – Yaponiya qarşılaşması bu axşam Londonun “Uembli” stadionunda baş tutacaq.

Həmin kateqoriyadan