“Mənim üçün etdikləri hər şeyə görə kluba təşəkkürümü ifadə etməyə sözlər çatmaz”

Allsport.az xəbər verir ki, Cob Bellingem Dortmund “Borussiya”sı ilə vidalaşıb:

““Borussiya”da keçirdiyim son 3 il həyatımın ən vacib hissəsi oldu. Mən bu kluba gələndə 17 yaşım var idi.

Mənim üçün etdikləri hər şeyə görə kluba təşəkkürümü ifadə etməyə sözlər çatmaz. Yeni imkanlar, təcrübələr, eniş-yoxuşlar – bütün bunlar mənim futbolçu və insan kimi inkişafımın bir hissəsinə çevrildi.

Bu klubda oynadığım üçün fəxr edirəm və bu mərhələdə öz rolunu oynayan futbolçulara, məşqçilərə, menecerlərə və heyətə təşəkkür edirəm. Ürəyimdə həmişə “Borussiya” üçün bir yer olacaq və onların dəyərlərinin həyatıma necə təsir etdiyini heç vaxt unutmayacağam”.

Həmin kateqoriyadan