- Baxış sayı: 30
- 27 Mart 2026 21:10
- Baxış sayı: 36
- Mart 27, 2026
- 0

Silvio Berluskoni kuboku uğrunda görüşdə “Milan” öz stadionunda “Monsa”nı 3:1 məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalibin qollarına Aleksis Saelemakers, Luka Yoviç və Ticani Reynders imza atıblar. Qonaqların yeganə qolunu Daniel Maldini vurub.
Silvio Berluskoni kuboku ötən il dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri və hər 2 klubun keçmiş sahibinin xatirəsinə yaradılıb. 2023-cü ilin ilk buraxılışında Milanın eyni adlı klubu “Monsa”nı penaltilər seriyasında məğlub edib.