Beş klub ölkə kubokundan imtina etdi

Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkatmasının vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, oktyabr 7-də, saat 12:00-da AFFA-nın inzibati binasında reallaşacaq püşkatma mərasimində 19 komanda iştirak edəcək.

Turnirdə Topaz Premyer Liqasının 10 komandası ilə yanaşı, I Divizionun 9 klubu da qüvvəsini sınayacaq.

Topaz Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.

I Divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.

Qeyd edək ki, divizion klublarından “Ağsu”, “Zaqatala”, “Bakılı”, “Göyəzən” və “Energetik” ölkə kubokunda iştirak etmək istəməyib.

Həmin kateqoriyadan