“Beşikdaş”ın başqanı Mübariz Mənsimovla nəyi müzakirə etdi?

Türkiyənin “Beşikdaş” klubunun başqanı Fikrət Orman İngiltərənin “Çelsi” klubunun prezidenti Roman Abramoviç və “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşündən danışıb. Allsport.az saytı xəbər verir ki, o, qardaş ölkə mətbuatına müsahibəsində bunu açıqlayıb:

“Bir neçə gün öncə Londonda Abramoviç və Mənsimovla görüşdüm. Dedim ki, “Beşikdaş” azarkeşləri xüsusidir və 20-25 milyonluq fanatımız var. Abramoviç isə onların yarım milyona yaxın fanatının olduğunu bildirdi. Onlar təkcə İndoneziyada 30 milyon kredit kartı satıblar.

“Beşikdaş”ın da dünya brendinə çevrilməsini istərdim. İndoneziya, Malayziya, Misir, Bosniya-Herseqovina, Albaniya – bunlar hamısı müsəlman ölkələridir və bizim üçün potensial bazardır. Çində, İranda milyonlarla türk yaşayır.

Azərbaycan bizim üçün vacib ölkədir. Bu ölkələrdə layihələr gerçəkləşdirmək istəyirik. Məsələn, orada toplanışlar, yoxlama oyunları həyata keçirə bilərik”.

Həmin kateqoriyadan