- Baxış sayı: 39
- 16 Dekabr 2024 22:00
- Baxış sayı: 71
- Dekabr 17, 2024
- 0
Argentinanın paytaxtı Buenos Ayresdə, Beynəlxalq polo federasiyasının baş assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda quruma üzv ölkələrin nümayəndələri ilə yanaşı, Beynəlxalq çövkən federasiyasının baş katibi Matsey Miçel Olbriç xüsusi qonaq qismində iştirak edib.
BÇF-in prezidenti Bəhruz Nəbiyev tədbirə virtual şəkildə qatılaraq, çövkən və polonun oxşarlığını vurğulayıb, bu iki yaxın idman növünü dünyada tanıtmaq üçün birgə strategiyanın hazırlanmasının vacibliyini bildirib.
Tədbir çərçivəsində M.Olbriç, BPF prezidenti Pyer Dilye və qurumun baş direktoru Aleyandro Teylor ilə görüşərək, 2 federasiya arasında dostluq memorandumunun hazırlanması üzrə müzakirələr aparıb. Bu təşəbbüsün hər 2 təşkilat arasında artan əməkdaşlığın təzahürü olduğu qeyd edilib.
Xüsusilə çövkənin beynəlxalq səhnədə artan nüfuzu vurğulanaraq, Bakı şəhərində bu növ üzrə dünya çempionatının təşkil edilməsi ideyası böyük maraqla qarşılanıb.
Bu assambleya polo və çövkən icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı inkişafın təşviqi və hər iki idman növünün dünyada tanınması istiqamətində mühüm addım kimi qiymətləndirilir.