Beynəlxalq Yer kürəsi günü münasibəti ilə təmizlik

Bakı şəhər halqası əməliyyat şirkəti, beynəlxalq Yer kürəsi günü münasibəti ilə BŞH akademiyasının könüllüləri və məktəblilərin iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirib. Allsport.az saytı xəbər verir ki,çimərliyində keçirilmiş tədbirin əsas məqsədi ətraf mühitin qorunması, məişət tullantılarına qarşı mübarizə, cəmiyyətin bununla bağlı maarifləndirilməsidir. Tədbir zamanı iştirakçılar çimərlik ərazisi boyunca təmizləmə işləri apardıqdan sonra toplanan tullantıları çeşidləyərək təkrar emal üçün təhvil veriblər. Səbail rayon icra hakimiyyəti və 132-134 nömrəli təhsil kompleksinin dəstəyi ilə baş tutmuş tədbir korporativ sosial məsuliyyət siyasətinə bir töhfədir. Bakı şəhər halqası Formula-1 Azərbaycan qran-prisinin təşkilatçısı olaraq, dayanıqlı inkişaf strategiyası çərçivəsində 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsünə qoşulur.

Həmin kateqoriyadan

azenrutr