- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

İngiltərə premyer liqasına vəsiqə qazanan 2-ci komanda müəyyənləşib. Allsport.az xəbər verir ki, çempionşipin sonuncu – 46-cı turunda evdə KPR ilə 2:2 hesablı heç-heçə edən “Vest Bromviç” yenidən elitaya yüksəlib. Komanda 83 xalla mövsümü 2-ci yerdə bitirib.
Xorvatiyalı çalışdırıcı Slaven Biliçin rəhbərlik etdiyi komandanın ən yaxın izləyicisi “Brentford” “Barnsli”yə uduzduğu (1:2) üçün 2-ci pilləni tuta bilməyib.
Premyer liqaya daha öncə “Lids” yüksəlmişdi. 3-cü vəsiqənin sahibi pley-off oyunlarından sonra bilinəcək. Pley-offda “Brentford”, “Fulhem”, “Kardiff” və “Suonsi” klubları mübarizə aparacaqlar.