Binə atçılıq mərkəzinin açıq manejində növbəti konkur yarışı

Binə atçılıq mərkəzinin açıq manejində konkur yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, “E”, “L” və “M” kateqoriyaları üzrə “ARAF kuboku”nda müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

Sentyabrın 25-də “E” kateqoriyası üzrə 80 santimetr hündürlükdə maneələrdən ibarət ilk yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla çıxış ediblər. 12 iki çaparın 16 atla iştirak etdiyi mübarizədə “Elite Horse&Polo Klubu”dan Ramil İbrahimov “Alart S” ləqəbli atla 1-ci, Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Emin Rzayev “Light Limerick” ləqəbli atla 2-ci, “Elite Horse&Polo Klubu”nun digər idmançısı Məhəmməd İsgəndərov “Cera 59” ləqəbli atla 3-cü yer tutublar.

Günün ikinci yarışı “L” kateqoriyası üzrə hündürlüyü 110-115 santimetr olan yarışda 14 idmançı 20 atla iştirak edib. Nəticədə “Buta Golden” Atçılıq İdman Klubunun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla 1-ci, “Francesco” ləqəbli atla “Omar” Atçılıq Klubunun idmançısı Kənan Novruzov 2-ci, və “Gilan Atçılıq Klubu”dan Rahib İsmayılov isə “Welga” ləqəbli atla 3-cü olublar.

Turnirin sonuncu yarışı sentyabrın 26-da baş tutub. “ARAF kuboku” uğrunda mübarizəyə “M” kateqoriyalı 125-130 santimetr hündürlükdə maneələrdən ibarət yarışda 7 idmançı 13 atla iştirak edib. “Sərhədçi” Atçılıq İdman Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla hamını qabaqlayıb. “Elite Horse&Polo Klubu”da Pənah Əlizadə “Cera 59” ləqəbli atla gümüş, “Buta Qolden Atçılıq İdman Klubu”dan Eqor Morotski isə “Astrello” ləqəbli atla bürünc medal qazanıblar.

Qaliblərə federasiyanın vitse-prezidenti Bəsirət Quliyev tərəfindən diplomlar təqdim olunub.

Həmin kateqoriyadan