- Baxış sayı: 32
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 92
- Noyabr 28, 2024
- 0
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçla bağlı deyib:
“Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib yoxlama oyunu keçirdik. “Qarabağ”a qarşı oynamaq həmişə inkişaf etmək üçün bir fürsətdir. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var. Tam fərqli, sürətli oynayırlar.
Ümumilikdə yaxşı oyun keçdi. Əsas məqsəd yaranan fasilədə oyun prakikasını yaxşılaşdırmaq və futbolçuları yükləmək idi. Futbolçulara ayrı-ayrılıqda 60, 70 və 80 dəqiqə oynamaq imkanı yaratdıq. Bir-iki günlük istirahətdən sonra, çempionat oyunlarına hazırlaşacağıq”.