- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Onlar ölkə başçısına və AFFA prezidentinə müraciət etməyi planlaşdırırlar
Birinci divizion klublarının futbolçuları etiraz aksiyasına hazırlaşırlar. Allsport.az saytına daxil olan xəbərə görə, 3 aydır maaşa həsrət qalan, AFFA tərəfindən maliyyələşən klubların futbolçuları həftənin 4-cü gününədək məvacibləri ödənilməyəcəyi təqdirdə ARDNŞ və AFFA prezidenti Rövnəq Abdullayevə, eyni zamanda ölkə başçısı İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etməyi planlaşdırırlar.
Klub rəhbərlərinin vədlərinə artıq inanmayan futbolçu, məşqçi və işçi heyətinin belə vəziyətdə çalışmaları da mümkünsüz görünür. Ehtimala görə, vəsait neft şirkətindən federasiyanın hesabına maliyyə köçürülsə də, klublara nə pul verən, nə də ki açıqlama verən var.