“Bizdə heç nə alınmırdı”

“Oyunu şərh etmək çətindir. Futbolda belə oyunlar olur”.

Allsport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis konfrans liqasının pley-offunda “Omoniya” ilə ilk oyunda 0:6 hesablı məğlubiyyəti şərh edib: “Rəqibdə hər şey alınır, səndə heç nə alınmır. Matçın startından bu ssenari getdi. Rəqib cərimə zərbəsini dəqiq yerinə yetirdi. Sonra gözlənilməz penalti, ilk hissənin son dəqiqələrində buraxdığımız qol… Artıq bundan sonra oyunu dəyişmək çətin idi. 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Yenə deyirəm bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı”.

Həmin kateqoriyadan