“Bizdə ulduz yoxdur, komanda var, ailə var”

“Neftçi” premyer liqanın XVIII turunda “Araz-Naxçıvan”ı darmadağın edib – 4:0.

Allsport.az xəbər verir ki, “ağ-qaraların”

baş məşqçisi Yuri Vernidub mətbuat konfransında bunu deyib: 

“İstəyimiz odur ki, bir dəfə yox, hər dəfə belə oynayaq. Çünki futbolçularımız bunu edə bilərlər. Fiziki vəziyyətə gəlincə, daha yaxşı olmalıyıq, qarşıda görməli olduğumuz çox işlər var. Komandamızın fiziki durumu yaxşı olarsa, həm də gözəl oyun sərgiləyər, yaxşı pressinq edər, əks-hücumlara çıxar. Bütün bunların arxasında həm də sürət dayanır ki, bu da çox önəmli faktordur. Hücum xəttindən 2 futbolçumuz – Fərəc və Rezabala xəstələnmişdi. Buna baxmayaraq, komandamız gözəl oyun göstərməyi bacardı. Çünki bizdə ulduz yoxdur, komanda var, ailə var. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün – bu bizim şüarımızdır. Buna görə də onların hər biri ilə fəxr edirəm”.

Həmin kateqoriyadan