“Bizim üçün danışmaq ağırdır”

“Kəpəz” Azərbaycan premyer liqasının 4-cü turunda səfərdə “Səbail”ə 0:4 hesabı ilə məğlub olub.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bizim üçün belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Bunun üçün müəyyən vaxt lazımdır, həmin zamanı qazana bilsək, kollektivə yeni futbolçular cəlb edəcəyik. Klub rəhbərliyi ilə danışmışıq. Rəhbərlik özü belə komandamızın güclənməsini, yeni futbolçuların cəlb olunmasını istəyir. Bu yöndə işlərimizi davam etdiririk. Sıfırdan qurulan komandaya ay yarım vaxt bəs eləməz”.

Həmin kateqoriyadan