“Bizim üçün hər oyun önəmlidir”

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya çempionlar liqasının 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsində “Çelsi” ilə hər iki qarşılaşmada vurduğu qolları şərh edib.

Allsport.az xəbər verir ki, 25 yaşlı gürcüstanlı futbolçu martın 11-də London təmsilçisi ilə keçirilən ilk oyunda (5:2) dubl edib, martın 17-də baş tutan cavab matçında (3:0) isə bir qolla yadda qalıb.

O, sevincini belə bölüşüb: “”Çelsi”nin qapısına üç qol vurmaq fantastik hissdir. Biz bu tempdə davam etməli və çox çalışmalıyıq. Bizim üçün hər oyun önəmlidir. Mən hər matçda eyni səviyyədə çıxış etməyə çalışıram”.

Kvaratsxeliya “Çelsi”yə qarşı cavab görüşünün ən yaxşı oyunçusu seçilib. 1/4 finala yüksələn PSJ bu mərhələdə “Qalatasaray” – “Liverpul” cütünün qalibi ilə (ilk oyun – 1:0) qarşılaşacaq.

Həmin kateqoriyadan