- Baxış sayı: 92
- 19 Mart 2026 22:26
- Baxış sayı: 206
- Mart 19, 2026
- 0

“Bavariya”nın futbolçusu Jerom Boatenqin keçmiş sevgilisi Kasia Lenhardt evində ölü tapılıb. Allsport.az xəbər verir ki, Berlin polisi meyitin üzərində zorakılıq izlərinə rast gəlinmədiyi barədə xəbər yayıb.
Bundan öncə Boatenqin ötən həftə sevgilisi ilə 15 aylıq münasibətinə son verdiyi xəbərləri yayılmışdı.
Almaniyanın “Bild” nəşri isə Lehnhardtın yanvar ayında Boatenqin avtomobilində qəza keçirdiyi və həmin vaxt onun qanında alkaqol aşkarlandığı haqda yazmışdı.