Bölgə klublarına premyer liqada iştirak üçün lisenziya verilmədi

Bu gün AFFA-nın lisenziya komissiyasının iclası keçirilib. İclasda 2020-2021-ci il mövsümündə UEFA-nın klub turnirlərində və Azərbaycan premyer liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Allsport.az xəbər verir ki, AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2019) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Qarabağ” FK, “Qəbələ” İK, “Neftçi” PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Səbail PFK, “Keşlə” FK, “Sabah” FK.
 
2. Premyer liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Kəpəz” PFK, “Ağsu” FK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK.

Həmin kateqoriyadan