Bolqarıstan – Azərbaycan matçının hakimləri açıqlandı

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, Sofiyada keçiriləcək bu qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Tomaş Boqnar təyin olunub. Ona yan xətt hakimləri Petar Beretyan və Qabor Eras kömək edəcək. Dördüncü hakim funksiyasını isə Teodoros Georgiu yerinə yetirəcək.

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan matçı oktyabrın 13-də Sofiyada “Vasil Levski” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan