Roberto Bordin “Keşlə”nin qapıçısını milliyə dəvət etdi

Moldova millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, yeni baş məşqçi Roberto Bordin “Keşlə”nin qapıçısı Stanislav Namaşkonu da milliyə dəvət edib.

“Neftçi”nin sabiq çalışdırıcısı “Keşlə”nin digər moldovalı oyunçusu Yevgeni Koçuku yığmaya çağırmayıb.

Moldova millisi martın 25-də evdə Farer adaları ilə qarşılaşacaq. Martın 28-də Danimarkanın qonağı olacaq yığma 3 gün sonra İsraili qəbul edəcək.

Həmin kateqoriyadan