- Baxış sayı: 10
- 25 Mart 2026 15:25
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Borussiya Dortmund” müdafiəçisi Niko Şlotterbek ilə yeni müqavilə imzalamağa yaxındır.
Allsport.az xəbər verir ki, tərəflər arasında əldə olunacaq yeni razılaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Müqaviləyə futbolçunun digər klublar tərəfindən birdəfəlik alınması üçün sərbəstqalma məbləği bəndinin də əlavə ediləcəyi bildirilir.
Bir müddət əvvəl “Real Madrid”in 26 yaşlı almaniyalı müdafiəçi ilə yaxından maraqlandığı barədə xəbərlər yayılmışdı. Dortmund təmsilçisi bu addımla ulduz futbolçusunu komandada saxlamağı hədəfləyir.
2022-ci ildən “Borussiya”nın şərəfini qoruyan Şlotterbek, cari mövsümdə keçirdiyi 30 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatmalı idi.