Böyük futbol ölkələrinə 4 milyard ziyan

Koronavirusun Avropanı cənginə alması qitə futboluna böyük zərbə vurdu. Allsport.az xəbər verir ki, oyunların təxirə salınması ilə klublar yayım, bilet, sponsor gəlirlərindən məhrum oldu. İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa çempionatlarının keçirilməməsi 4 milyard avroyluq ziyana başa gəlir.
 
UEFA və Avropanın top-liqalarında 541 qarşılaşmanın taleyi qeyri-müəyyəndir. Ən gəlirli liqa hesab edilən İngiltərə çempionatının 1,25 milyard avro itkiyə məruz qalacağı gözlənilir. İspaniya la liqası 800-950 milyon avro, Almaniya bundesliqası 650-750 milyon avro, İtaliya “A” seriyası 550-650 milyon avro, Fransa 1-ci liqasının 300-400 milyon avro itki ilə üzləşəcəyi proqnozlaşdırılır.
 
Əgər mövsüm iyunun 30-dək başa vurulsa, itki bu qədər kritik olmayacaq.

Həmin kateqoriyadan