“Boz ev” 5 klubu cərimələdi

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. toplantıda premyer liqanın 2-ci turunda qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Qarabağ” – “Kəpəz” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib. Eyni oyununun 78-ci dəqiqəsində Gəncə klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev 2-ci sarıdan qırmızı vərəqə aldığından, 1 oyun cəzalanıb və “sarı-göylər” 500 manat cərimələnib.

Sözü gedən görüşün  89-cu dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.

“Araz-Naxçıvan” – “Şamaxı” oyununda hesab tablosu işləmədiyinə görə meydan sahibi 500 manat cərimələnib. 

“Səbail” – “Neftçi” oyununda “dənizçilər”in 5 futbolçusu sarı vərəqə aldığı üçün, klub 700 manat cərimə edilib. Həmin matç bitdikdən sonra stadionda “ağ-qaralar”ın azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə flaqman 4000 manat cərimələnib.

Bu oyun bitdikdən sonra “Neftçi”nin 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb, komanda 2000 manat cərimə edilib.

“Turan Tovuz” – “Sumqayıt” oyununda ev sahibinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Həmin kateqoriyadan