“Boz ev”, peşəkar futbol liqası və klublar komitəsi ortaq məxrəcə gələ bilmədi

Koronavirus infeksiyası ilə əlaqədar premyer liqanın 12-ci turunun oyunlarının təxirə salınması ilə əlaqədar, AFFA-nın təşəbbüsü ilə bu gün PFL və KK-in videokonfransı keçirilib.

Allsport.az saytı xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, ölkə çempionatı klublarının nümayəndələri (“Neftçi”, “Keşlə” və “Zirə” klubu eyni zamanda baş məşqçi ilə də təmsil olunub), AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və digər rəsmilər iştirak ediblər. Əvvəlcə 2-ci Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Toplantıda əsas müzakirə mövzusu koronavirus infeksiyası ilə əlaqədar klublarda yoluxma halları, bunun oyunların təqviminə təsiri, çempionatın təşkili ilə bağlı qüvvədə olan protokola hər hansı dəyişiklik olunmasına zərurətin yaranıb-yaranmaması və sairə olub. Aparılmış müzakirələrdən sonra, qeyd olunan məsələlərlə bağlı yaxın günlərdə daha bir iclasın keçirilməsi barədə razılıq əldə edilib.

Həmin kateqoriyadan