- Baxış sayı: 31
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 46
- Dekabr 05, 2025
- 0
Serbiya Super Liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Metalak”la qarşılaşıb. Matç Subaşiçin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxmış Branimir sonadək mübarizə aparıb. O, 88-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 15 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.