- Baxış sayı: 29
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

Braziliyanın “Kruzeyro” klubunun futbolçusu Enrike avtomobil qəzasına düşüb. Allsport.az xəbər verir ki, braziliyalı futbolçu idarə etdiyi maşınla 200 metr yüksəklikdən yuvarlanıb.
Hadisə yerinə 4 xilasedici qrup gəlib. Maşın yararsız vəziyyətdə olsa da, futbolçu sağ qalıb. Onun vəziyyətinin ciddi olmadığı, həkim nəzarətində olduğu bilirilir.
