- Baxış sayı: 59
- 19 Dekabr 2025 19:38
- Baxış sayı: 150
- Dekabr 19, 2025
- 0


“Neftçi” PFK braziliyalı futbolçu Aylton Fereyra Silvanı icarə əsasında heyətinə cəlb edib. Allsport.az xəbər verir ki, Braziliya A seriyasında mübarizə aparan “Fluminense” klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb.
Sabahdan etibarən “Neftçi” ilə məşqlərə qatılacaq Aylton yeni komandasında 6 nömrəli formanı geyinəcək.