Braziliyalı yarımmüdafiəçi ilə müqavilə imzalanıb

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Allsport.az xəbər verir ki, premyer liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb. 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.

Həmin kateqoriyadan