Bremendə möhtəşəm çıxış

Martın 21-də Almaniyanın Bremen şəhərində cüdo üzrə beynəlxalq masters turniri start götürüb.

Allsport.az xəbər verir ki, yarışın ilk günündə U-18 yaş kateqoriyasında qaliblər və mükafatçılar müəyyənləşib. Yeniyetmə oğlanlardan ibarət yığmamız möhtəşəm çıxışı ilə yadda qalıb.

Rza Xəlilli (50 kq), Məhəmmədəli Hüsiyev (60 kq), Ayxan Həsənli (81 kq) və Ömər Axundov (90 kq) qızıl medal qazanıb. Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq) və Polad Həsənli (81 kq) gümüş mükafata layiq görülüb. Nihad Ağayev (50 kq), Devid Mahmudov (55 kq), Mikayıl Qocayev (60 kq), Elgün Səfərov (66 kq), Sadiq Məmmədov (73 kq), Yaqub Məmmədov (81 kq), Nurəddin Əliyev (90 kq) və Tamerlan Əliyev (+90 kq) isə bürünc medal əldə edib.

Yekunda 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında birinci yeri tutub.

Turnirdə U-21 yaş kateqoriyasında görüşlər keçiriləcək. Yarışda ümumilikdə 30 ölkədən 839 idmançı iştirak edir.

Həmin kateqoriyadan