- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Sivasspor”un baş məşqçisi Rza Çalımbəy qitə liqasının “İ” qrupunda “Qarabağ”la oyundan (3:2) sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis mətbuat konfransında gözəl oyun keçirdiklərini söyləyib:
“Bizim üçün çətin görüş oldu. İtkilərimiz çox idi. Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bunca itkilərə rəğmən, mükəmməl mübarizə apardıq. Komandamla qürur duyuram.
Bu dəfə daha güclü “Qarabağ” vardı. Çox yaxşı mücadilə etdilər. Gözəl və dostcasına bir oyun oldu. Qrupda davam etmək üçün bu görüşü qazanmalıydıq. Çətin də olsa, bacardıq”.