- Baxış sayı: 33
- 03 Dekabr 2024 20:21
- Baxış sayı: 315
- Dekabr 02, 2024
- 0
Qızıl Avropa Liqasına hazıqlıqları davam etdirən kişi voleybolçulardan ibarət millimizin baş məşqçisi Fərid Cəlalov yarış haqqında fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, mayın 1-dən etibarən toplanışa başladırlarını deyib:
“Vaxtımız az olsa da maksimum şəkildə çalışırıq. Bilirsiniz ki, klub mövsümü yeni bitib. Bizim də əsas məqsədimiz oyunçuları formada saxlamaq, yığma komandanı fiziki və taktiki olaraq hazır vəziyyətə gətirməkdir. Komandamız əsasən gənclərdən təşkil olunub. Əvvəlki illərlə müqayisədə bu gün heyətdə təcrübəli oyunçuların sayı 4-5 nəfərdir, gənclər isə daha çoxdur. Bu, həm də milli komandada gənclərin yetişməsi baxımından da əhəmiyyətlidir. Həmçinin Azərbaycan Voleybol Federasiyanın gənclərlə bağlı siyasətinə uyğun olaraq bu addımı atmışıq.
Şanslarımıza gəlincə isə biz həmişə Gümüş Avropa Liqasında iştirak etmişik. Bu dəfə reytinq olaraq daha yüksək yarışa qatılmışıq. Buradakı rəqiblərimiz də daha güclü komandalardır. Amma biz daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik. Əsasən gənclərimizin təcrübə qazanmasına üstünlük veririk. Çünki bir neçə il sonra beynəlxalq yarışlarda bu gənclər iştirak edəcəklər. İnanıram ki, qarşıdakı oyunlar həm gənclərin təcrübə qazanmasında, həm də komandanın inkişafında böyük rol oynayacaq.
Bununla belə, biz məşqçilər heyəti, oyunçular, bütün komanda olaraq var gücümüzlə çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək”.