“Bu dəfə tam istədiyimiz kimi hazırlaya bilmədik”

Çempionlar liqasının 3-cü təsnifatının “Qarabağ” – “Lüdoqoreç” arasında ilk oyununda öncə baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki,  52 yaşlı mütəxəssis sabah qarşılaşma barədə fikrini bildirib:

“Çox vacib matça çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Çünki yaxşı təcrübəsi, oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq. Futbolçularımızı matça hazırlamışıq. Amma əvvəlki qarşılaşmalardan fərqli, bu dəfə tam istədiyimiz kimi hazırlaya bilmədik.

Çünki çempionatda matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular daha yaxşı performans göstərməyə hazırdırlar. Çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər baxımlı oyun izləsinlər”.

Həmin kateqoriyadan