- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qitə liqasının “İ” qrupunun 3-cü turunda “Sİvasspor”la oyun öncəsi fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında meydana maksimum nəticə üçün çıxacaqlarını söyləyib:
Hər 2 komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir. “Sivasspor”un baş məşqçisi Rza Çalımbəy ciddi hazırlaşdıqlarını və qələbə üçün hər şeyi edəcəklərini deyib. Bu fikir bizdə də var. Bu gün Türkiyə super liqası ilə Azərbaycan premyer liqasının arasında fərq böyükdür.
Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik. “Vilyarreal”la 2-ci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqət ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar.
Bu gün mənə Qurani-Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani-Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq.
Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir”