- Baxış sayı: 172
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 172
- Dekabr 05, 2025
- 0

Bu gün premyer liqada IV turun daha bir oyunu keçiriləcək.
Allsport.az xəbər verir ki, son çempion “Neftçi” “Keşlə”ni qəbul edəcək.
“Bakcell Arena”dakı qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 3 matçdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb. Xalı olmayan qonaqlar isə sonuncu – 8-ci yerdədir.
Komandalar indiyədək premyer liqada 66 dəfə üz-üzə gəliblər. Bunların 36-da flaqman, 15-də isə “Keşlə” 3 xal qazanıb. Topların fərqində də “Neftçi”nin aşkar üstünlüyü var – 103:63. “Keşlə” son 5 görüşdə məğlub olub. “Neftçi”nin meydanındakı son üç qarşılaşmada hər iki komanda fərqlənib.
Azərbaycan premyer liqası, IV tur
18:30. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell arena”