- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 13-cü turunun “Səbail” – “Qəbələ” oyunundan (1:3) sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi qonaqların baş məşqçisi Elmar Baxşıyevin fikri ilə tanış edir:
“Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik, total futbol göstərməyə mane olurdu. Üç gündən bir oynadığımız üçün heyətdə rotasiya etmişdik. İnanırdıq ki, meydana çıxan futbolçular komanda yoldaşlarını layiqli əvəz edəcək və qələbə qazanacağıq. Qələbəyə köklənmişdik. Öz istədiyimiz məzmunlu futbolu nümayiş etdirəcəyimiz halda qalib gələcəyimizə inanırdıq.
Komanda verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Mövsümün əvvəlində heyəti ən gec formalaşdıran komanda “Qəbələ” oldu. Hətta 3-4-cü turlarda da bizə qoşulanlar var idi. Bizə vaxt lazım idi ki, xətlərarası əlaqələri quraq. Amma ilk turlarda da baxımlı, hücum futbolu oynayırdıq.
Əsas tələbimiz də odur ki, hücuma tez çıxıb, ön xətdə keyfiyyətli olaq. İnanıram ki, bu bizim maksimumumuz deyil. Bu heyətlə də böyük məqsədlər uğrunda oynamaq mümkündür. Hamısı keyfiyyətli futbolçulardır. Lakin rəqabəti artırmaq üçün bir oyunçunun da olması yaxşıdır”.