“Bu idman növünün ən yaxşıları güləşçiyə çevrilir”

Allsport.az saytı xəbər verir ki, 29 yaşlı məşhur amerikalı boksçu və bloqçu Ceyk Pol qarışıq döyüş sənətlərinin sürətlə populyarlığını itirdiyinə əminliyini ifadə edib.

“Qarışıq döyüş sənətləri zamanın sınağından keçməyib, çünki bu idman növünün ən yaxşıları güləşçiyə çevrilir. Artıq heç kim bunu izləmək istəmir. Beləliklə, MMA zamanın sınağından keçməyib. Boks 16-cı əsrdən bəri mövcuddur, lakin qarışıq döyüş sənətlərinin cəmi 30 yaşı var və populyarlığını itirir”.

Amerikalı idmançının peşəkar boks rekordu 12 qələbə və 2məğlubiyyətdir. Pol peşəkar debütünü 2020-ci ilin yanvar ayında edib.

Həmin kateqoriyadan