- Baxış sayı: 28
- 29 Yanvar 2026 14:48
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

“Qarabağ”ın kapitanı Abdulla Zubir çempionlar liqasının əsas mərhələsindəki tarixi uğurlarını və pley-offdakı mümkün rəqiblərini dəyərləndirib.
Allsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzduqları son oyundan sonra Zubir həm sevincini, həm də məyusluğunu ifadə edib:
“Pley-offa yüksəldiyimiz üçün xoşbəxtik, lakin son matçda 0:6 hesabı ilə uduzmağımız bu uğuru bir qədər kölgədə qoyur, yəni hər şey mükəmməl deyil. Bir fransalı olaraq növbəti mərhələdə PSJ ilə qarşılaşmağı çox istərdim. Onlar hazırda dünyanın ən yaxşı komandası olsalar da, belə bir rəqiblə oynamaq xəyaldır. Digər tərəfdən, “Nyukasl” da düşə bilər ki, bu da bizim üçün çox çətin sınaq olar”.
O, əsas mərhələdəki ən unudulmaz anlarını da xatırladıb: “Benfika” və “Ayntraxt Frankfurt” üzərində qazandığımız qələbələr möhtəşəm idi. Hər iki oyunda geridən gələrək son dəqiqələrdə qollar vurub qalib gəldik. Bu, inanılmaz bir hiss idi”.