“Bu oyunda 2 xal itirdik”

Bu gün “Araz-Naxçıvan” premyer liqanın 4-cü turunda şərti öz meydanında “Neftçi” ilə 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “al qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev son dəqiqədə qaçırılan qələbə barədə bunu söyləyib:

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda mübarizlik nümayiş etdirdi. Komanda şəklində üstün tərəf biz idik. Amma futbolun yazılmayan qanunları da var. Düşünürəm ki, bu oyunda 2 xal itirdik.

Fair-play qaydalarına əməl etmirlərsə, o bayraqları stadionlardan niyə asırlar? Bizim də uduzdugumuz oyunlar olub, amma əməl etmişik. Rəqib bu qolu layiqli hesab edirsə, olsun.

Qırmızı aldığım epizoda gəldikdə, heç kimi təhqir etməmişəm, sadəcə etirazımı bildirmişəm ki, fair-play qaydalarına niyə əməl etmirlər. Ümid edirəm ki, bir də başımıza belə iş gəlməz”.

Həmin kateqoriyadan