Bu qıza şərh yazmaq qadağan edildi – FOTO

“Arsenal” yeni transferi Smilla Holmberqin sosial şəbəkələrdə seksual təhqirlərə məruz qalmasından sonra şərh bölməsini bağlayıb.

Allsport.az xəbər verir ki, isveçli müdafiəçinin keçidi ilə bağlı paylaşılan videoda xoşagəlməz ismarıcların yer alması klub tərəfindən dərhal müəyyən edilib.

19 yaşlı futbolçu “Arsenal”a keçidini reallaşmış arzu kimi qiymətləndirib, baş məşqçi Rene Slegers isə onun böyük potensialını vurğulayıb. S.Holmberq buna qədər “Hammarbi”nin heyətində 96 oyuna çıxaraq İsveç çempionu olub.

Həmin kateqoriyadan