“Bu, yeni Maradonadır”

Roberto Karlos Lionel Messiyə qarşı oynamaq təəssüratlarından danışıb.

Allsport.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu onu Maradona adlandırıb:

“Messi Kannavaronun və məni driblinq edəndə, matçdan sonra mən Fabioya üz tutdum və dedim: “Allahım, bu necə oyunçudur? Bu, yeni Maradonadır”.

Bəxtim gətirdi, təqaüdə çıxmağa çox vaxtım qalmadı, amma gələcək müdafiəçilər nəslin öhdəsindən necə gəldi? Ona qarşı oynamaq həqiqətən çətindir.

Bilirdim ki, o, dünyanın ən yaxşı oyunçusu olacaq və gələcəkdə hər şeyi qazanacaq. Mən xoşbəxtəm, çünki ona qarşı oynamaqdan daha çox onu izləmişəm”.

Həmin kateqoriyadan