Bukayo Saka ümidlidi

“Arsenal”ın hücumçusu Bukayo Saka cari mövsümdən gözləntilərini açıqlayıb.

Allsport.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə çempionu olacaqlarına inanır: “Komandamıza təzyiq göstərmək istəmirəm, amma inanıram ki, bu mövsüm “Arsenal”ın İngiltərə çempionu olacağı mövsümdür.

Son iki mövsümdə buna çox yaxın idik, amma sonda bizə nəsə çatışmırdı.

Biz özümüzə inanırıq. Top komanda olduğumuza inanırıq. Bunu PSJ üzərində qazandığımız qələbə ilə də göstərdik.”

Həmin kateqoriyadan