- Baxış sayı: 37
- 13 Aprel 2026 16:02
- Baxış sayı: 53
- Aprel 13, 2026
- 0

Bundesliqa tarixində ilk qadın məşqçi olan Mari-Luiza Eta, “Yunion”a təyinatı ilə bağlı şərh verib. Allsport.az saytı xəbər verir ki, o, 54 yaşlı Steffen Baumqartı əvəz edib.
“Cədvəlin son yarısındakı mövqeyimizi nəzərə alsaq, növbəti mövsüm Bundesliqada yerimiz hələ təmin olunmayıb. Klubun bu çətin işi mənə həvalə etdiyinə şadam.
“Yunion”un güclü tərəflərindən biri həmişə belə vəziyyətlərdə bir araya gəlmək qabiliyyəti olub və belə də qalır. Əlbəttə ki, komanda ilə birlikdə lazımi xalları qazanacağımıza əminəm”, – Berlin klubunun yeni çalışdırıcısı deyib.