“Bura qızıl medal üçün gəlmişdim”

Sərbəst güləşçimiz Məhəmmədxan Məhəmmədov (97 kq) bu gün Paris-2024-də bürünc mükafaya yiyələnib. Allsport.az saytı xəbər verir ki, o, oyunların son mübarizəsində çıxışını dəyərləndirib:

“Nəticəmdən razıyam. Medalsız da qala bilərdim. Amma bura qızıl medal üçün gəlmişdim. Özümü buna hazırlasam da, istəyimi reallaşdıra bilmədim. İllik hazırlıq prosesi plana uyğun getmişdi.

Bundan sonrakı planlarım? Hələ ki, evi gedib dincəlmək və bərpa prosesi keçməyi düşünürəm. Sonrasına baxarıq”.

Həmin kateqoriyadan