“Bursaspor”un hücumçusu Azərbaycan millisində oynamağa razılıq verib

Türkiyənin “Bursaspor” klubunun futbolçusu Dəniz Yılmaz Azərbaycan millisindən aldığı təklifi qəbul edib. Allsport.az saytı xəbər verir ki, hücumçu bunu Türkiyə mətbuatına açıqlamasında bildirib. O, neçə illərdir ölkəsinin yığmasında oynamağı arzulasa da, heç vaxt dəvət almayıb. 3 il gözləyəndən sonra, forvard nəhayət, bizə müsbət cavab verib:

“9 ildir ki, Türkiyə yığmasından dəvət gözləyirəm. 16 yaşlılardan ibarət komandada çıxış edəndə Avropa çempoinu olduq və o zamandan bəri əsas yığmadan təklif gözləyirəm. Bir çox komanda yoldaşlarım əsas millidə oynayır. Mən buna çox pis oluram. Gələn təkliflə bağlı atam, menecerim Ərdəm Qaragöl, “Bursaspor”dakı məşqçilərim və rəsmilərlə məsləhətləşdim.

Onlar həmişə gözləməyimi məsləhət gördülər. Ən son AÇ-yə çağrılan ilkin heyətə belə dəvət almadım. Bu mənə təsir etdi və bundan sonra ümidim üzüldü. Həmişə ay-ulduzlu formanı geyinmək istəmişəm. Ona görə də bu qərarı çətinliklə qəbul etdim”.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu il “Bursaspor”un heyətində meydana çıxdığı 12 qarşılaşmada 5 qol vurub.

Həmin kateqoriyadan