- Baxış sayı: 34
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını rəsmən başa vurub. Allsport.az saytı xəbər verir ki, titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. AGF-in prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən o, gənclərdən ibarət yığmaya böyük məşqçi təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Bu gün Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.
Xatırladaq ki, Cəbrayıl Həsənov Rio olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya 2-cisi, 3 dəfə qitə çempionu, ilk Avropa oyunlarının bürünc medalçısı olub. O, ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.