- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dünya və Avropa çempionatlarında fəxri kürsüyə çıxan Cəbrayıl Həsənovun (74 kq) böyük yarışlardan, yalnız olimpiya oyunlarında medalı yox idi. O, Londonda bunu bacarmasa da, Rio-2016-da mükafatçılar sırasına düşə bildi.
Sərbəst güləşçimiz hətta finala çıxa, kim bilir, bəlkə də çempion ola bilərdi. Təəssüf ki, yarımfinalda, rusiyalı rəqibi ilə mübarizədə 4:0 irəlidə olmasına rəğmən, üstünlüyü son anda əldən verdi. Allsport.az saytına açıqlamasında, o, çıxışını belə dəyərləndirdi:
“Rio-2016-da 3-cü yeri tutdum. Bunu yüksək qiymətləndirirəm. Çünki Olimpiya Oyunları elə bir yarışdır ki, burada hər idmançı iştirak edə bilmir, nəticə qazana bilmir. Bilirəm, yarımfinal görüşüm ictimaiyyətdə çox müzakirə olunub. Rusiyalı güləşçi çox güclü idi, bir az da hakim haqsızlığı oldu. Qismət bu imiş. Şükür Allaha ki, Vətənə medalla dönə bildim”.