- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Albimo Alanyaspor”la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Adanaspor” hazırda 35 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.