“Çətin olacağını bilirdik”

“Kəpəz” premyer liqanın XIX tur oyununda səfərdə “İmişli” ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan görüşdən sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib:

“İmişli”nin oyunlarını izləmişdik, çətin olacağını bilirdik. Meydança da oynamağa imkan vermirdi. Futbolçular yaxşı mübarizə apardılar. 4 gün qabaq çətin kubok oyunumuz var idi. Bu gün də sonadək mübarizə apardılar. Görüşü zədəsiz başa vurduq və 1 xal qazandıq. Qarşıda çətin matçlarımız var”.

Həmin kateqoriyadan