- Baxış sayı: 39
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 156
- Avqust 05, 2026
- 0

“Neftçi”nin rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.
Allsport.az xəbər verir ki, ötən gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.
Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər.
Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.