“Çalışacağıq ki, burdakı bəzi səhvləri Bakıda düzəldək”

Çempionlar liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçından (3:0) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Allsport.az xəbər verir ki, mütəxəssis görüş barədə fikrini bildirib:

“Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Bu komandanın gücünü bilirdik. Matça pis hazırlaşmamışdıq. Sadəcə, 2-ci, 3-cü qolları buraxdıq. Hətta 4-cü qol ola bilərdi. Oyunun sonlarında demək olar ki, böyük riskə getmişdik. Futbolçularım sonadək çəkinmədi. 0:3 hesabı ilə geridə olanda da hücumda oynamağa çalışdılar.

Bəlkə də üçüncü qol artıq oldu. Əgər 3:0 hesabı ilə udublarsa, bunu haqq ediblər. Onları təbrik edirəm. Amma qarşıda cavab görüşü var. İtkilərimiz var və bu, problem yarada bilər. Cavab qarşılaşmasına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Yaxşı nəticə üçün sonadək meydanda vuruşacağıq. Hər şey cavab oyununa qaldı. Çalışacağıq ki, burdakı bəzi səhvləri Bakıda düzəldək”.

Həmin kateqoriyadan